Gürcüstanın ticarət dövriyyəsi 16 faizdən çox azalıb
Tbilisi, 15 iyun, AZƏRTAC
Cari ilin ilk beş ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 4 milyard 206,2 milyon ABŞ dolları təşkil edib. Bu da 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 16,8 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu ilin ilk beş ayında Gürcüstanın ixracının dəyəri 1 milyard 235,4 milyon, idxalının dəyəri isə 2 milyard 970,8 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə ixracın həcmi 16,2 faiz, idxalın həcmi isə 17 faiz azalıb. Hesabat dövründə Gürcüstanın ticarət dövriyyəsində 1 milyard 735,4 milyon dollar kəsir yaranıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]