Hacıqabulda istixanalardan 631 ton tərəvəz yığılıb
Hacıqabul, 16 may, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda istixana kompleksinin şəbəkəsi ilbəil genişləndirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 29,2 hektar ərazidə 21 istixanada tərəvəz (pomidor, xiyar) yetişdirilir. Cari ilin ötən ayları ərzində bu istixanalardan 631 ton tərəvəz yığılaraq daxili və xarici bazarlara göndərilib. Tədarük olunan məhsulun 532 tonunu pomidor, 69 tonunu isə xiyar təşkil edib.
Məhsul istehsalçıları bu sahədən yaxşı mənfəət götürdükləri üçün istixanaların salınmasına da diqqət artıb. Ötən il rayonun Meyniman və Qubalı Baloğlan kəndlərində bir neçə istixananın tikintisinə başlanılıb. Atbulaq kəndində isə “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası əsasında yeni bir istixana tikilib istifadəyə verilib. İstixananın məhsul istehsal gücü 1 hektara 250-300 tondur. İstixanada 100 nəfər daimi iş ilə təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]