Hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı imtiyazlar artırılır
Bakı, 16 noyabr, AZƏRTAC
Hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı imtiyazlar artırılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin noyabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
Dəyişikliyə əsasən, həmçinin 18 yaşına çatmamış işçilərə, eləcə də 14 yaşına qədər uşağı tək böyüdən qadınlara da şamil olunur. Mövcud qanuna görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu, həmçinin ezamiyyəyə getmələrinə də icazə yox idi.
Layihə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
Sənədin qəbul edilməsində məqsəd qanun layihəsinə olunan dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır.