REGİONLAR
HƏM MƏSLƏHƏT ALDILAR, HƏM PUL
Kənd Təsərrüfatı Nazirliyinin Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Şəki regional məsləhət mərkəzi Qax rayonunun İlisu, Qaradolaq, Güllük, Ləkit, Qaşqaçay, Baydarlı, Əlibəyli, Cəlayir, Sarıbaş, Əmircan kəndlərində torpaq mülkiyyətçilərinə iki günlük təlim keçmiş və fərdi məsləhət xidməti göstərmişdir. Fermerlər və torpaq sahibləri toxum tapmaq, texnika almaq, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə tədbirləri barədə bilgi almaqla yanaşı, qabaqcıl iş təcrübəsinə dair informasiya bülletenləri də əldə etmişlər.
AZƏRTAC-ın müxbirinə məlumat verilmişdir ki, mərkəz tərəfindən rayonda 3 birgə borc alanlar qrupuna 18 min ABŞ dolları həcmində kredit də verilmişdir. Daha 7 belə qrupa da kredit ayrılacaqdır.