Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həmid Araslı və Nəsimi irsinin tədqiqi

Həmid Araslı və Nəsimi irsinin tədqiqi

Bakı, 2 may, AZƏRTAC

Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Bununla əlaqədar ölkəmizdə Nəsimiyə həsr olunan silsilə tədbirlər keçirilir, konfranslar təşkil edilir, mütəfəkkir şairin yaradıcılığı barədə məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Həmid Araslı və Nəsimi irsinin tədqiqi” sərlövhəli məqaləsini təqdim edir.

Akademik Həmid Araslı çoxşaxəli yaradıcılıq istedadına malik elm xadimi olub. O, zəngin ədəbiyyatşünaslıq irsi qoyub gedib. Qətran Təbrizi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd Əmani, Molla Pənah Vaqif yaradıcılığı Həmid Araslı tərəfindən bu gün də elmi dəqiqliyini, aktuallığını mühafizə edə biləcək bir şəkildə tədqiq edilib. Akademik əsərlərində klassik poeziya nümayəndələrimizin həyat və fəaliyyətini araşdıraraq dövrün özünəməxsus mühitini, ənənələrini, mədəniyyətini işıqlandırıb, ədəbiyyatımızı orijinal elmi mülahizələrlə zənginləşdirib. O, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqi sahəsində bir çox ilklərə imza atıb. Belə ki, akademik Saib Təbrizinin Azərbaycan dilində qəzəllərini, Qövsi Təbrizinin naməlum şeirlərini üzə çıxarıb. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının bir çox görkəmli simalarının həyat və yaradıcılığı ilə ətraflı tanışlığa ilk dəfə Həmid Araslının tədqiqatlarında rast gəlirik. Alimin yaradıcılığından söz açarkən onun Nəsimi irsinin tədqiqi və təhlili istiqamətlərində gördüyü böyük işləri xüsusi olaraq qeyd etmək lazımdır. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatşünaslığında Nəsimi yaradıcılığından ilk dəfə bəhs edən klassik irsimizin fədakar toplayıcısı S.Mümtaz olub. Onun 1926-cı ildə çap edilmiş “Seyid İmadəddin Nəsimi” kitabında filosof şairin Azərbaycan və fars dillərində olan şeirləri yer alıb. Firudin bəy Köçərli isə “Azərbaycan ədəbiyyatı tarixi” əsərində şairin yalnız bir şeirini verib. Sonralar Nəsimi yaradıcılığını araşdırmaq 1942-ci ildə “Fədakar şair” adlı monoqrafiyası ilə məhz Həmid Araslının öhdəsinə düşüb. Bu kitabça ilə kifayətlənməyən alim tədqiqatını bir qədər genişləndirib, 1972-ci ildə “Nəsimi” monoqrafiyasını, 1973-cü ildə isə şairin “Seçilmiş əsərləri”ni kitab halında nəşr etdirib. Qəzənfər Paşayev yazır: “Akademik Həmid Araslı “İmadəddin Nəsimi” əsərində ilk dəfə olaraq şairin həyat və fəaliyyətindən geniş söz açıb, şairin ölümünə təkcə dini baxışlarına görə deyil, siyasi baxışlarına görə də fitva verildiyinə işarə edib... Bu kitabda ilk dəfə olaraq Nəsimi yaradıcılığı ilə bağlı geniş izahlar verilib”.

Azərbaycan ədəbiyyatşünaslığında fundamental əsərlər yaradan Həmid Araslının Nəsimi şəxsiyyətinə və yaradıcılığına həsr edilən tədqiqat işi böyük şairlə bağlı bir çox həqiqətə işıq salır. Araz Dadaşzadə yazırdı: “Fədakar şairimiz Nəsimi də Həmid Araslının sevə-sevə öyrəndiyi və təbliğ etdiyi şairlərdəndir. Nəsiminin 600 illik yubileyi zamanı Həmid müəllimin 8 dildə “İmadəddin Nəsimi” kitabçası çıxıbdır”. Həmin monoqrafiyada Nəsiminin yaşadığı mühit, tarixi şərait haqqında ətraflı məlumat verilir. Akademik şairin poeziyasını onun ilk gənclik illərindən başlayaraq araşdırıb. Əsərdə dahi şairin həyatının müxtəlif mərhələlərinə nəzər salınıb, onun məhəbbət, ictimai-siyasi, əxlaqi-didaktik məzmunlu şeirlərinin geniş şərhi verilib. Həmid Araslının ərəb və fars dillərini bilməsi Nəsimi dili və fəlsəfəsinin dərin qatlarını açmaqda mühüm rol oynayıb. Onun milli mənsubiyyəti, ailəsi, adı, təxəllüsləri və bu təxəllüslərin mənaları haqqında məlumat verərkən akademik Azərbaycan alimləri ilə yanaşı, ərəb tarixçilərinin qeydlərinə də istinad edib. Monoqrafiyadan aydın görünür ki, alim müxtəlif dillərdə olan mənbələrdən, təzkirələrdən müqayisəli şəkildə bəhrələnib, elmi fikir və mülahizələrini əsaslandırıb. Nəsimi irsini dərindən araşdıran Həmid Araslı şairin Azərbaycan, fars, ərəb divanlarına daxil olmayan qəsidə və məsnəvilərinin olduğunu qeyd edərək yazıb: “Onun ana dilində yazılan və dünyanın müxtəlif kitabxanalarında əlyazma şəklində saxlanılan “Divan”larını qarşılaşdırdıqda aydın olur ki, şair son dərəcə mürəkkəb və ziddiyyətli bir yaradıcılıq yolu keçib”.

Həmid Araslının tədqiqat əsərində Nəsiminin həyatı haqqında qələmə aldığı dolğun məlumatları oxuduqca həmin dövrün tarixi şəraiti, ictimai xüsusiyyətləri gözümüzün qarşısında canlanır. O, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərinin ədəbi-mədəni mühitindən, saray və mədrəsələrindən bəhs edib. Nəsiminin gənclik illərinə təsadüf edən Teymurilərin Azərbaycana hücumu zamanı baş verən hadisələri, Şirvanşah İbrahimin əhalini qırğından xilas etmək üçün Teymur ilə ittifaqını izah edib. Bütün bu təfərrüatlar əsəri mətləbdən uzaqlaşdırıb oxucunu yormur, əksinə, şairin fəlsəfəsini, poeziyasını onu formalaşdıran mühit ilə birlikdə qavramağa kömək edir. Əsərdə mənsub olduğu təriqətdən, məsləkdən dönməyən və bu səbəbdən edam edilən, ədəbiyyat tariximizdə sədaqət, mərdlik və şücaət rəmzi kimi iz qoyan Nəsimi yaradıcılığının orijinal cəhətləri, fikir və rəmzləri, ideya-məzmun məziyyətləri doğru-düzgün müəyyənləşdirilib.

Nəsimi ədəbi irsini diqqət və obyektivliklə təhlil edən Həmid Araslı doğru olaraq qeyd edib ki, “Nəsimi adını hətta onun məslək əleyhdarları üçün də ölməz edən əsas amil təkcə şairin öz məsləki uğrunda mərdanə ölümü deyil, bəlkə əsərlərində irəli sürülən insana, insan qüdrətinə, insan yaradıcılığına olan böyük inam və məhəbbətdir, öz mütərəqqi fikirlərini yüksək sənət dili ilə ifadə etmək məharətidir”.

Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı və təbliğatçısı olan Həmid Araslı əsərində Nəsimi irsinə ehtiramla yanaşıb. Geniş erudisiyaya malik alim olan Həmid Araslı Nəsimi şeirinin bədii təhlilini verməklə yanaşı, bu bədiiliyin ifadə edildiyi dilin xüsusiyyətlərinə də toxunub. Buradan belə bir nəticəyə gəlmək olur ki, Həmid Araslı Nəsimi haqqında araşdırmalarını bir neçə istiqamətdə aparıb. O, bir tərəfdən ədəbiyyatşünas alim kimi Nəsimi poeziyasının təhlilini verib, digər tərəfdən isə şeirlərin dil xüsusiyyətini, burada işlənən sözlərin Azərbaycan dilində olan tarixi inkişafını göstərib, elmi mülahizələrini söyləyib.

Nəsimi poeziyasının dilimizin kamilləşməsindəki əhəmiyyətini izah edən Yusif Seyidov yazırdı: “Nəsimi yaradıcılığı ilə başlanan, Nəsiminin işləyib kamilləşdirdiyi, yüksək səviyyəyə qaldırdığı ədəbi-bədii dil özündən sonrakı poeziya dilinə, bununla da ümumən Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir göstərib”. Maraqlıdır ki, bu fikirləri söyləyərkən Yusif Seyidov məhz Həmid Araslının “İmadəddin Nəsimi” monoqrafiyasına istinad edib və akademikin əsərindən sitat gətirib.

Təsadüfi deyil ki, Həmid Araslı monoqrafiyada Nəsiminin əsərlərini təhlil edərkən onun fars dilində yazdığı “Bəhrül-əsrar” adlı fəlsəfi qəsidəsinin dolğun izahını verib. Ömrünü fədakarcasına elmə, folklor və klassik irsimizin toplanmasına və tədqiqinə həsr edən alimi bu şeir daha çox təsirləndirib. Əmir Xosrov Dəhləvinin “Dəryayi-əbrar” adlı qəsidəsinə cavab olaraq yazılmış bu şeiri akademik digər müəlliflərin nəzirələrindən daha üstün sayıb. Təsadüfi deyil ki, o, öz həyat amalına, əqidəsinə, məslək eşqinə uyğun olaraq qəsidəni belə şərh edib: “Şairə görə, insan hünər dalınca qaçmalıdır. Əsl hünər isə özünü dərk etmək, həqiqətləri düzgün başa düşməkdir. İnsan bədəni elə bir tilsimdir ki, onun min bir sirri vardır. Bu həqiqəti, bu sirləri başa düşən insan isə hamının hörmətinə layiqdir”.

Nəsiminin “Əlif lam” və “Tərs əlifba” əsərlərinin aşıq şeirimizə təsiri folklorşünas alim kimi Həmid Araslının nəzərindən yayınmayıb. O, tədqiqat əsərində Nəsimi şeirinin istər məzmun, istərsə də formasında özünü büruzə verən folklor motivlərini əhatəli izah edib və doğru olaraq vurğulayıb ki, “Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı ilə bağlı olaraq inkişaf etmiş və aşıq yaradıcılığına qüvvətli təsir göstəribdir”.

Tədqiqatlarının çoxcəhətliliyi, əhatəliliyi, əlvanlığı ilə seçilən akademik Həmid Araslı qədim və orta əsrlər ədəbiyyat tariximizin araşdırıcısı, folklorşünas, mətnşünas alim kimi şöhrət qazanıb. Onun qələmə aldığı fundamental monoqrafiyalar, redaktə və tərtib etdiyi, həmçinin nəşrə hazırladığı kitablar ədəbiyyatımızın müvafiq sahəsini işıqlandırıb. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ədəbi irsinin toplanmasında, həyat və yaradıcılığının öyrənilməsində Həmid Araslının xidməti danılmaz faktdır. Klassik dövr ədəbi irsimizi Salman Mümtaz, Firudin bəy Köçərli və başqaları kimi toplayan, gələcək nəsillərə çatdıran dəyərli, zəhmətkeş, təəssübkeş alimlərimiz olub. Cəsarətlə deyə bilərik ki, XX əsrin yetişdirdiyi belə ədəbi şəxsiyyətlərdən biri məhz Həmid Araslıdır. Onun əsərlərində qədim zamanlardan başlayaraq ədəbi fikir tariximizin inkişaf meyillərinə, tarixi şəraitin dolğun təhlilinə, görkəmli şairlərimizin həyat və fəaliyyətinə dair ilk dəfə söylənilmiş həqiqətlərə rast gəlirik.

Həmid Araslı böyük Nəsiminin poeziyasını, şeirinin dərin fəlsəfi məzmununu, sənətkarlıq xüsusiyyətlərini öyrənməklə ədəbiyyatşünaslıqda yeni cığır açıb. Bu, istər şairin irsinin oxuculara çatdırılması işində, istərsə də nəsimişünaslıqla məşğul olan müasir tədqiqatçıların düzgün istiqamətlənməsində mühüm rol oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib