Həmidə Ömərova: Kinomuzun gələcəyinə çox inanıram
Bakı, 21 aprel, AZƏRTAC
Kinomuzun gələcəyinə çox inanıram. Bunu həmişə demişəm və yenə deyirəm. Çünki bu sahəni tədris edirəm, istedadlı tələbələrim var. İnanıram ki, yetişən nəsil öz sözünü mütləq deyəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Kinosu -125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumunda iştirak edən aktrisa, Xalq artisti Həmidə Ömərova deyib.
“Belə forumlar mədəniyyətimizin inkişafına öz töhfəsini mütləq verəcək. Təşkil olunan forumda çoxlu yaradıcı gənc var və onlar bu məsələlərə konstruktiv yanaşaraq, öz təkliflərini irəli sürürlər. Mədəniyyətimizin bütün sahələrinin gələcək perspektivləri, inkişafı danılmazdır", - deyə Xalq artisti qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]