HƏRBİ KOMİSSARLIQDA GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərinin Nizami Rayon Hərbi Komissarlığında həqiqi hərbi xidmətlərini İraqda sülhməramlı qüvvələrin tərkibində başa çatdıraraq Vətənə dönmüş gəncəli hərbçilərlə çağırışçıların görüşü keçirilmişdir.
Rayonun hərbi komissarı, polkovnik-leytenant Bəhmən Nəsibli əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu ordu quruculuğundan danışmış və beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirmiş səkkiz nəfərə fəxri fərman və xatirə hədiyyələri təqdim etmişdir.
Hərbi xidmətini başa vurmuş gənclər və ordu sıralarına həqiqi hərbi xidmətə gedən çağırışçılar doğma torpaqlarımızın bütövlüyü və müdafiəsi uğrunda Ali baş komandanın hər bir əmrinə həmişə hazır olacaqlarını bildirmiş və lazım gələrsə, bu yolda canlarından belə keçəcəklərinə and içmişlər.
Görüş konsert praqramı ilə başa çatmışdır.