Hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilikləri təkmilləşdirilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən “bp-Azərbaycan” şirkətinin Səngəçal terminalının Təhlükəsizlik üzrə struktur bölməsi və digər aidiyyəti qurumların iştirakı ilə sahə təlimi təşkil olunub.
Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimin əsas məqsədi hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilik və təcrübələrini təkmilləşdirmək, onları mümkün təhlükələrə qarşı hazırlaşdırmaq və effektiv müdafiə planlarını yerində yerinə yetirmək qabiliyyətlərini inkişaf etdirməkdir.