HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev sentybarın 19-da Balakən şəhərində Heydər Əliyev muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.
Muzeyin binası yaraşıqlı görünüşü, memarlıq üslubu ilə parka xüsusi gözəllik verir. Beş bölmədən ibarət muzeyin ümumi sahəsi 493, ekspozisiya salonunun sahəsi 330 kvadratmetrdir. Ekspozisiyada ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, müxtəlif sənədlər toplanmışdır. Muzeydə ümummilli liderin büstü də qoyulmuşdur.
Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




