“Heydər Əliyev” portretinin təqdimat mərasiminin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər
Bakı, 7 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Heydər Əliyev” portretinin təqdimat mərasiminin iştirakçıları mayın 7-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.