Heydər Əliyev Sarayında “Dahilər” adlı konsert proqramı təqdim olunacaq
Bakı, 3 fevral, AZƏRTAC
Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.
“Bakı Sinfonietta” Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq artistləri, Əməkdar artistləri və tanınmış müğənniləri çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]