HHQ və HDQ hərb oyunları çərçivəsində taktiki müdaxilələr üzrə fəaliyyətləri icra ediblər
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının (KQHO) planına əsasən, Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki müdaxilələr üzrə fəaliyyətlər icra olunub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.