HİNDİSTAN PESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİCƏNAB AVUL PAKİR CEYNULABDİN ABDUL KALAMA
Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün Hindistan xalqını öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əmin olduğumu bildirirəm ki, dost ölkələrimiz arasında böyük ənənələrə malik əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 19 yanvar 2006-cı il.