Hindistanda zavodun uçması nəticəsində azı 10 nəfər həlak olub
Bakı, 21 noyabr, AZƏRTAC
Hindistanda zavod binasının uçması nəticəsində azı 10 nəfər həyatını itirib, 25 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, IANS informasiya agentliyinin yaydığı məlumata görə, insident Pəncab ştatının Ludhiana şəhərində qeydə alınıb. Plastmas istehsalı ilə məşğul olan zavodun beşmərtəbəli binası yanğının ardından baş verən partlayışdan sonra uçub.
Partlayışın yanğınsöndürənlərin hadisə yerində alovla mübarizə apardığı vaxt baş verdiyi və nəticədə binanın uçduğu bildirilir. Həmin vaxt binada olan yerli administrasiya nümayəndələri də dağıntılar altında qalıb.
Axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından iki nəfər sağ çıxarılıb və xəstəxanaya yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [13:26]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
- 19.09.2026 [13:19]
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
- 19.09.2026 [12:24]
Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
- 19.09.2026 [08:20]