“Hizbullah” İsrail istiqamətində onlarla raket atıb
Bakı, 27 fevral, AZƏRTAC
Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsrailin şimalında yerləşən hərbi bazaya onlarla raket atıb.
AZƏRTAC xəbər verir ki, “Hizbullah” hədəfin Meron dağındakı hava nəqliyyatına nəzarət bazası olduğunu bildirib. Hücumun İsrailin bazar ertəsi günü Livanın Baalbek şəhərinə hava zərbələrinə cavab olaraq edildiyi bildirilir. Raket zərbələri nəticəsində İsrail tərəfinin itkiləri barədə məlumat verilmir.
Meron dağındakı baza əvvəllər də “Hizbullah” tərəfindən hücuma məruz qalıb.
Qeyd edək ki, İsrailin Qəzza sektorunda başladığı hərbi əməliyyatlar Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Nəticədə bəzi qruplaşmalar İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumları genişləndirib. Eyni zamanda, SAXAL və “Hizbullah” bir-birlərinin mövqelərini mütəmadi olaraq atəşə tuturlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]