“Humay” milli mükafatı sahiblərinə təqdim edilmişdir
Bakı, 8 may (AZƏRTAC). “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən təsis olunan “Humay” milli mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Humay” Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə “Humay” milli mükafatı təqdim olunur.
Teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər sahələr üzrə təqdim olunan mükafat 20-ci dəfə sahiblərinə verilmişdir.
Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə İntiqam Qasımzadə, kino sahəsindəki xidmətlərinə görə “Çölçü” filminin rejissoru Şamil Əliyev, teatr sahəsindəki xidmətlərinə görə Əməkdar Artist Mətanət Atakişiyeva “Humay” milli mükafatına layiq görülmüşlər.
Daha sonra digər nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim olunmuşdur.
“Humay” milli mükafatı ilk dəfə 1994-cü ildə təsis olunmuşdur. Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar isə Humay Akademiyası üzvləri tərəfindən müəyyən edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:37]
Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır
- 18.09.2026 [15:30]
Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır
- 18.09.2026 [15:27]
Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb
- 18.09.2026 [15:26]
Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO
- 18.09.2026 [15:14]