HÜSEYN CAVİDİN XATİRƏ GÜNÜ QEYD EDİLMİŞDİR
Müasir Təhsil Kompleksində görkəmli söz ustası, mütəfəkkir şair Hüseyn Cavidin xatirə günü ilə əlaqədar ədəbi-bədii gecə keçirilmişdir. Kompleksin direktoru Elman Məmmədovun Cavid yaradıcılığının məziyyətlərini xarakterizə edən çıxışından sonra səhnə şagirdlərin ixtiyarına verilmişdir. Cavid şəxsiyyətini, yaradıcılığının əzəmətini, onun ailəsinin acı taleyini obrazların dili ilə canlandıran, tamaşaçıları tarixin ağrılarını təkrar yaşamağa, daha dərindən anlamağa vadar edən istedadlı uşaqlar səhnədə o dövrün faciəli mənzərəsini yaratmağa nail olmuşlar.
Ədəbi-bədii kompozisiyada belə bir fikir ifadə olundu ki, ölüm xəbəri 7 ildən sonra aliləsinə çatan, cəsədi 41 ildən sonra Vətən torpağına qovuşan, yeganə yadigarı Turan xanımı çəkilməz dərdlərlə baş-başa qoyub gedən Hüseyn Cavidin təsəllisi ədəbiyyatımızda, xatirələrdə və ürəklərdə bu gün də bütün zənginliyi ilə yaşamaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]