İbrahim İbrahimi: Azərbaycan xalqı cəsarətlə mübarizə apardı və müstəqilliyinə nail oldu
Tehran, 21 yanvar AZƏRTAC
Azərbaycan xalqı cəsarətlə mübarizə apararaq müstəqilliyə nail oldu. Silahların qarşısından çəkilməyərək azadlığı uğrunda qanından da keçdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri İbrahim İbrahimi deyib.
O bildirib ki, 20 Yanvar hadisələri imperiyaların daimi deyil, müvəqqəti olduğunu göstərdi. Hər bir xalq azad və müstəqil yaşamaq arzusundadır. Lakin müstəqillik heç də bütün xalqlara qismət olmur. Azərbaycan xalqının mübarizəsi nəticəsiz qalmadı, xalq azadlığını qanı bahasına olsa da əldə etdi.
Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafı məhz onun mübarizəsinin nəticəsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük inkişaf yolu keçib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]