“İçəri şəhər” filmi Estoniyada beynəlxalq film festivalına dəvət alıb
Bakı, 3 noyabr, AZƏRTAC
“İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmimiz festivalın “Forum” proqramında nümayiş etdiriləcək.
“İçəri şəhər” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov və Elmira Şabanova canlandırıblar.
Qeyd edək ki, film 35-ci Qahirə və 47-ci Hindistan Beynəlxalq Film festivallarına da dəvət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [12:13]
“Pullu komediya” tamaşasının məşqləri davam edir
- 15.09.2026 [12:13]
Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır
- 15.09.2026 [11:41]
İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala-konsert
- 15.09.2026 [03:30]
18 əsərin sehri - Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək
- 14.09.2026 [23:30]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]