İÇƏRİŞƏHƏRİN TARİXİ ABİDƏLƏRİNİN İNVENTARLAŞDIRILMASINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Layihənin rəhbəri, Minnesota universitetinin professoru Artur Çen, layihənin Azərbaycan üzrə əlaqələndiricisi, AzMİU-nun dosenti Səbinə Hacıyeva, digər natiqlər sənədin əhəmiyyəti və onunla bağlı ğörülən işlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, layihə YUNESKO-nun dəstəyi ilə AzMİU və Minnesota Universiteti kollektivləri tərəfindən həyata keçirilir.
Azərbaycanda İçərişəhərin genişmiqyaslı tədqiqatı ilə məşğul ola biləcək menecment-planlar və sair tərtib edəcək təşkilat yaradılmışdır. 2005-ci ilin dekabrından başlayaraq 2006-cı ilin noyabrında tamamlanmalı olan layihə üzrə görülən işlər Bakıda İçərişəhər üçün əsas üstünlük təşkil edən YUNESKO-nun “inteqrallaşmış inventarlaşma və kart inkişafı və menecment planı” tövsiyələrinə cavab verir.
Layihənin yekun nəticələri İçərişəhərin menecment planının tərtibi zamanı istifadə üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaqdır.