İQTİSADİYYAT
ICSB prezidenti: Azərbaycan sahibkarlarının ideyaları ölkənin inkişafına böyük töhfə verəcək
![ICSB prezidenti: Azərbaycan sahibkarlarının ideyaları ölkənin inkişafına böyük töhfə verəcək](/files/2023/3/1200x630/1700125590840852359_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan sahibkarlarının ideyaları ölkənin inkişafına və məqsədlərinə böyük töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri ICSB-nin prezidenti və icraçı direktoru Ayman El-Tarabishy İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Kiçik və Orta Sahibkarlıq üzrə dünya forumunda deyib.
“Yeni fəslin başlanğıcında Azərbaycanın sahibkarlıq mühitinə müsbət təsirlərini görürük. Həmçinin yeni sahibkarların ortaya çıxması və onların işləri bu sahəyə böyük nailiyyətlər gətirəcək. Digər həmkarlarla şahidlik edirik ki, Azərbaycanın buradakı böyük rolu, sahibkarların inkişafında birgə fəaliyyəti və strateji planları sahibkarlığın inkişafına böyük töhfə verir. Birlikdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində böyük addımlar atacağıq”,- deyə o diqqətə çatdırıb.