ELM VƏ TƏHSİL
“İDMAN MƏKTƏBİ: REALLIQLAR, PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Akademiyanın rektoru, professor Ağacan Abıyev ali məktəb müəllimlərinin vəzifələrindən, mənəvi keyfiyyətlərindən, xalqına, Vətəninə sədaqətlə xidmət etmələrindən danışmış, bu yöndə görülmüş işlərdən konkret misallar gətirmişdir.
Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin “Klassik Azərbaycan pedaqoji fikri tarixində müəllim hazırlığı problemi”, akademiyanın prorektoru Dilqəm Quliyevin “Gənc bədən tərbiyəsi müəllimləri ilə aparılan pedoqoji işin bəzi məsələləri”, pedaqogika və psixologiya kafedrasının müdiri, professor Yusif Talıbovun “Cəmiyyətdə müəllimin yeri və rolu haqqında” və digər mövzularda məruzərələri dinlənilmişdir.
Dörd bölmədə keçən konfransda “Müəllim və cəmiyyət”, “Müəllimin
cəmiyyətdə yeri”, “Müəllim peşəsinin mahiyyəti və xüsusiyyətləri”, “Müəllim və tərbiyə prosesinin aktual problemləri”, “Müəllimin pedaqoji mədəniyyəti” məsələlərinə dair müzakirələr aparılmışdır.