İDMAN
İDMAN SAYTININ TƏQDİMATMƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da “Excelsior” mehmanxanasında ölkəmizin idman həyatını işıqlandıracaq “www.azerisport.com” saytının təqdimat mərasimi olmuşdur.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idman sahəsində əldə olunan uğurların geniş oxucu kütləsinə çatdırılmasında saytın əhəmiyyətindən danışmışdır.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev, vitse-prezident Çingiz Hüseynzadə mətbuat səhifələrində informasiyaların daha səmərəli və operativ şəkildə dərc olunmasında saytın oynayacağı rolu vurğulamışlar.
Rus dilində fəaliyyət göstərəcək saytın gələcəkdə Azərbaycan və ingilis dillərində variantları da yaradılacaqdır. İdmanın bütün növlərini əhatə edən bu saytda məlumatlar hər gün yeniləşəcəkdir. Bundan başqa, saytda yaradılmış xüsusi bölmədə istifadəçilər hər ayın idmançısını seçə biləcəklər.