“İdrak” liseyinin şagirdləri üçün Hüseyn Cavidin ev-muzeyinə virtual səyahət təşkil olunub
Bakı, 12 mart, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyində “İdrak” liseyinin şagirdləri üçün “Hüseyn Cavid ev-muzeyinə virtual səyahət” təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Ana dili” aylığı çərçivəsində baş tutan virtual səyahətin təşkilatçısı liseyin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Hidayət Allahverdi olub.
Səyahət zamanı şagirdlər böyük şair və dramaturq Hüseyn Cavidin ev-muzeyi, şəxsi əşyaları ilə yaxından tanış olublar. “Facebook”, “YouTube” platformaları üzərindən baş tutan onlayn ekskursiyanı aparan muzeyin Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva şagirdlərə Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı barədə ətraflı məlumat verib. Hüseyn Cavidin ev-muzeyinin yaradılması, fəaliyyəti, cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlərdən danışıb.
Sonda Lalə Əliyeva və Hidayət Allahverdi şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, onlayn ekskursiyanı bu yaxınlarda “İdrak” liseyinin rəsmi veb-saytı və Hüseyn Cavidin ev-muzeyinin “YouTube” kanalı vasitəsilə də izləmək olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]