İƏT Təmas Qrupunun nümayəndələrinin Ağdam rayonuna səfəri başlayıb
Ağdam, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətinin Ağdam şəhərində dağıdılmış avtovağzal binası, Cümə məscidi, İmarət qəbiristanlığı və Şəhidlər xiyabanı ilə tanış olmaları nəzərdə tutulur.