İLİN BİRİNCİ YARISINDA 513,5 MİN KVADRATMETR MƏNZİL SAHƏSİ ÖZƏLLƏŞDİRİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin birinci yarısında ölkə sakinləri tərəfindən ümumi sahəsi 513,5 min kvadratmetr olan 7,9 min mənzil özəlləşdirilmişdir. Özəlləşdirmə prosesi başlanandan cari il iyulun 1-dək 397,4 min mənzil və ya özəlləşdirilməsi nəzərdə tutulmuş bütün mənzillərin 64,3 faizinin özəlləşdirilməsi başa çatdırılmışdır.
Altı ayda ümumi dəyəri 30,1 milyon manat olan 82 səhmdar cəmiyyətinin səhmləri hərraca çıxarılmış və onların 4,3 milyon manatlıq hissəsi satılmışdır. 1,1 milyon manatlıq səhmlər qapalı abunə yolu ilə əmək kollektivlərinə və çek hərraclarında, 3,2 milyon manat dəyərində olan səhmlər isə pullu hərraclarda satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]