Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlin birinci yarısında ölkəmiz səkkiz tədbirə ev sahibliyi edəcək

İlin birinci yarısında ölkəmiz səkkiz tədbirə ev sahibliyi edəcək

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycanda sərgi mövsümü mart ayında açıq elan ediləcək. İlin ilk yarısında ölkəmiz konqres və sərgilər daxil ümumilikdə 8 tədbirə ev sahibliyi edəcək.

“İteca Caspian” MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçiriləcək tədbirlər xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş “Fərqli Fərdlər” konqresi ilə başlayaraq “Bakı Enerji Həftəsi” ilə yekunlaşacaq. Ənənəvi keçirilən tədbirlərdən “Fərqli Fərdlər” konqresi 5, “Translogistica Caspian” sərgisi isə 20 illik yubileylərini qeyd edir. Tədbirlərin beynəlxalq statusu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzvlük sayəsində daha da möhkəmlənir. Burada sərgilər bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanılaraq sonradan müvafiq keyfiyyət nişanı ilə təltif edilir.

Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında öz əksini tapacaq. Belə ki, Azərbaycanda sərgi fəaliyyətinin formalaşmasında Ümummilli Liderin müstəsna rolu olub. 1994-cü ildə Azərbaycanda beynəlxalq sərgilərin keçirildiyi ilk gündən Heydər Əliyev tədbirləri dəstəkləmiş və onların təşəbbüskarıdır.

2019-cu ildən etibarən cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara maksimum dərəcədə yönəltmək üçün çalışan və bununla bağlı həm ölkəmizin, həm də digər dövlətlərdən mütəxəssis və pedaqoqları Bakıya toplayan xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş “Fərqli Fərdlər” konqresi martın 11-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Konqresdə gündəliyə ilk dəfə olaraq əlavə edilmiş yeniyetməlik və inkişaf özəllikləri olan insanların böyüməsi mövzusu ilə yanaşı, onların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, məktəbə inteqrasiya, inklüziv işə qəbul və digər mövzular qaldırılacaq. “Fərqli Fərdlər” aid geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə Azərbaycan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq natiqlər çıxış edəcəklər. Konqresin gümüş sponsoru “PMD Group”, sessiya sponsoru - “GrowGroup Azerbaijan”, qeydiyyat sponsoru isə “Gubre.az” şirkətidir.

Təqvimdə olan növbəti layihə isə turizm sahəsinin qabaqcıl iştirakçılarını bir araya toplayan ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF” olacaq. Pandemiya səbəbi ilə yaranan üç illik fasilədən sonra sərgi aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. “AITF” 2023-də tibbi və sağlamlıq turizmi, maarifləndirici turizm, xaricdə daşınmaz əmlak, idman avadanlığı və inventor, ovçuluq və balıqçılıq, dəniz və çay kruizləri, aviaşirkətlər, milli və regional turizm orqanları, turizm agentlikləri və tur operator kimi müvafiq sektorlar iştirak edəcək. Sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İsveçrə, Kuba, Malayziya, Özbəkistan, Polşa, Rusiya, Sloveniya, Tailand, Tunis, Türkiyə və digər ölkələrdən şirkətlər iştirak edəcək. “AITF” sərgisinin vizit kartı olan milli stendlərlə bu il Belarus, Bolqarıstan, Çexiya, Xorvatiya, Özbəkistan, Polşa və digər ölkələr çıxış edəcək. Sərginin daimi iştirakçısı olan Bolqarıstan bu il “AITF 2023” sərgisinin baş sponsoru, Özbəkistan isə tərəfdaş ölkəsidir.

Sərgi mövsümü mayın 17-dən 19-dək Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri ilə davam edəcək.

Daim rəngarəng ekspozisiyaları ilə seçilən, regionun ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” bu il də çoxsaylı ölkələrdən kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distributorlarını, o cümlədən Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəsi bir araya gətirəcək. Təşkilatçılar tərəfindən regionlardan gələn fermerlər üçün ənənəvi sərgi üzrə turlar təşkil olunacaq.

Bu il təşkil olunan sərgidə iştirakçılar arasında Almaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Belarus, Çexiya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və Yunanıstan şirkətləri yer alacaq. “Caspian Agro 2023” sərginin əsas istiqamətlərindən biri yaşıl kənd təsərrüfatı olacaq. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda öz əksini tapacaq. Sərginin sponsoru “Gubre.az” şirkətidir.

“Caspian Agro” ilə paralel olaraq, Azərbaycan, Belarus, İran, İtaliya, Rusiya, Sloveniya və Türkiyə şirkətlərinin iştirak edəcəyi 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” keçiriləcək. Vahid platformada sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, çay, tütün və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim edir. Sərgi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aşpazlar kuboku üzrə “Qızılşah” adlı 3-cü Azərbaycan Aşpazlar çempionatı da təşkil ediləcək.

Sərgi mövsümü 31 may-3 iyun tarixlərində keçiriləcək “Bakı Enerji Həftəsi” ilə davam edəcək. Sözügedən hadisə bir sıra sənaye tədbirlərini - 28-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgilərini və Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumunu özündə birləşdirir. Qeyd edək ki, “Bakı Enerji Həftəsi” Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.

Ənənəvi “Caspian Oil & Gas” sərgisi hər il olduğu kimi, bu il də enerji sənayesinin liderlərini bir araya gətirəcək. Sərginin ekspozisiyası bir neçə istiqamət üzrə təşkil ediləcək: neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi. Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. “Caspian Oil & Gas” sərgisi artıq neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı bir platformadır.

Energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər “Caspian Power” sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. “Caspian Power” sərgisində enerjidən istifadə üzrə əldə edilmiş qabaqcıl təcrübələr paylaşılacaq, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumatlar təqdim ediləcəkdir. Sərginin proqramı bərpa olunun enerji, enerji obyektlərinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzuları əhatə edəcək. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

Bakı Enerji Forumu bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin başlıca çağırışlarının müzakirə platforması statusunu qazanıb. Öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən forum isə konfransın missiyasını daha geniş spektrdə davam etdirəcək. Forumun gündəliyində “Keçid dövründə yeni enerji şərtləri”, “Qlobal enerji perspektivləri”, “Xəzər regionunun bərpa olunan enerji potensialı”, “Enerji sektorunda dördüncü sənaye inqilabı”, “Enerji böhranı dövründə qaz təchizatının rolu” və s. kimi mövzular müzakirə olunacaq.

Ənənəyə sadiq qalaraq Bakı Enerji Həftəsinin xüsusi sessiyası bu il Azərbaycanın Naxçıvan şəhərində baş tutacaq. “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” adlı xüsusi sessiya sonrası Naxçıvan şəhər turu və konsert proqramı nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq hər üç tədbirdə iştirakçılar siyahısında Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland Krallığı, Rusiya, Tayland Krallığı, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer tutur.

Tədbirlərin sponsorları qismində “ACWA Power”, “Azeri M-I Drilling Fluids”, AZFEN, “Baku Steel Company”, bp, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Equinor”, “EP Absheron”, “Global Energy Azerbaijan”, “Improtex Motors”, “KOLIN Construction”, MASDAR, “Tekfen”, “TotalEnergies”, “Turkish Petroleum”, “Uniper” şirkətləridir. Bakı Enerji Forumunun tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir.

Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə Bakı Ekspo Mərkəzində təşkil ediləcək növbəti tədbir - Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian” olacaq. Ənənəvi olaraq ölkəmizdə keçirilən sərgi bu il 20-ci yubileyini qeyd edəcək. Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgisi olan bu tədbirdə dəmir yolu nəqliyyatı, dəniz sənayesi, aviasiya, kommersiya nəqliyyatı müzakirə ediləcək. Sərgi çərçivəsində ilk dəfə “Azərbaycan Beynəlxalq Nəqliyyat və Logistika Forumu” keçiriləcək. “Translogistica Caspian” iştirakçıları arasında Azərbaycan, İsveçrə, Rusiya, Ukrayna və digər ölkələrin şirkətləri yer alır.

Hər sərgi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr təşkil ediləcək.

Sözügedən tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers”, eləcə də onların beynəlxalq tərəfdaşları “ICA Eurasia” və CEM FZ MMC-dir. 2023-cü ildə sərgilərin tərəfdaşları arasında stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, “Greenwich Travel Club” turoperatoru, eləcə də yükdaşıma şirkəti “Caspian Freight Services” yer alır.

Beləliklə, Azərbaycanın paytaxtını yenidən işgüzar tədbirlər ilə dolu sərgi mövsümü gözləyir. Sərgilər və forumlar bir daha həm biznes layihələrinin, həm də ümumilikdə sənaye sahələri üzrə əməkdaşlıqların müzakirəsi və inkişafı üçün mühüm bir platformaya, Azərbaycan və digər ölkələrdən olan peşəkarların böyük maraq göstərdiyi görüş yerinə çevriləcək. 2023-cü ildə baş verən hadisələrlə bağlı bütün təfərrüatları www.ceo.az və www.iteca.az veb-saytlarından əldə etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub