SİYASƏT
İliya Darçiaşvili: Azərbaycan ilə tərəfdaşlığımız gündən-günə möhkəmlənir
Tbilisi, 27 aprel, AZƏRTAC
Sülh, sabitlik və regional inkişafa diqqətin artırılması sayəsində Azərbaycan ilə tərəfdaşlığımız gündən-günə möhkəmlənir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili tviter hesabında yazıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi