İlk dəfə Şuşadan poçt vasitəsilə Avropaya və ABŞ-a məktub göndərilib VİDEO
Şuşa, 10 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı səyyahlar Şuşa şəhəri poçtundan Avropaya və ABŞ-a məktub göndəriblər. Belə ki, filippinli Rhodora Burton Legaspi Nyu-Yorka, irlandiyalı David Joseph Langan isə İrlandiya və Kanadaya məktub göndəriblər.
Qeyd edək ki, beynəlxalq səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.