REGİONLAR
İmişlidə bu günədək 5 tona yaxın barama istehsal olunub
İmişli, 13 iyun, Mahir Babayev, AZƏRTAC
İmişli kümçüləri qısa müddətdə tədarük məntəqəsinə 4 ton 940 kiloqram məhsul təhvil veriblər. Barama tədarükündə rayonun Oruclu, Cəfərli, Gödəktala və Telişli kəndlərinin kümçüləri fərqlənirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 420 qutu ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış kümçülərə paylanılıb.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində rayon baramaçılarının bu sahəyə marağı xeyli artıb. Əgər ötən il İmişlidə 134 ailə ipəkqurdu bəsləyirdisə, bu il onların sayı 163-ə çatıb.
Kümçülər istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir əldə edirlər.
Ötən il rayonda 9 ton 500 kiloqram barama istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]