İmişlidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Bakı, 9 iyun, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən İmişli rayon sakini Fəxrəddin Nəcəfov daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. F.Nəcəfovun pay torpaq sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 98 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.