İndiyədək Bakı–Tbilisi–Ceyhan kəməri ilə 482 milyon ton neft daşınıb
Bakı, 29 aprel, AZƏRTAC
Cari ilin ilk rübündə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 6,7 milyon tondan çox (51 milyon barel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 70 tankerə yüklənib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, üç ayda BTC üzrə əməliyyat xərclərinə 41 milyon dollardan çox, əsaslı xərclərə isə təqribən 6 milyon dollar sərf olunub.
1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 482 milyon ton (təxminən 3,62 milyard barel) xam neft nəql olunub və Ceyhan limanında 4729 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz, “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]