İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanda influenserlərin və bloqerlərin reklam fəaliyyətinə dair yeniliklər tətbiq olunur. Bu, “Reklam haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, əvvəlki qanunvericilikdə influenserlərin və bloqerlərin fəaliyyəti dövlət nəzarətindən kənarda qalırdı.
Ekspertlər bildirir ki, dəyişikliklər rəqəmsal reklam mühitində şəffaflığın artırılmasına xidmət etməklə yanaşı, influenserlər və bloqerlər üçün yeni qayda və məsuliyyətlərin tətbiq olunduğu bir mərhələnin başlandığını göstərir.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.