İNŞAAT İŞLƏRİNƏ YÖNƏLDİLMİŞ DAXİLİ SƏRMAYƏLƏRİN HƏCMİ ARTMIŞDIR
İnşaat işlərinin aparılması üçün cari ilin yanvar-iyulunda bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 532,1 milyon manat və ya 2007-ci ilin müvafiq dövründəkindən 34,2 faiz çox sərmayə yönəldilmişdir. Bunun 3 milyard 472,8 milyon manatı istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işləri üçün planlaşdırılmış 4 milyard 326,3 milyon manat vəsaitin 1 milyard 745,5 milyon manatı və ya 40,4 faizi istifadə olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 69,9 faizini daxili sərmayələr təşkil etmiş və ötən ilin müvafiq dövrünün səviyyəsini 68,4 faiz üstələmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]