Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur

İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur

Bakı, 30 noyabr, AZƏRTAC

Tanrı insanı Yer üzünün əşrəfi yaradıb və ona sevmək, sevilmək, qurub yaratmaq kimi üstünlüklər bəxş edib. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. Təbii ki, onun vəzifələri də var. Azərbaycan Konstitusiyasının 4-cü fəslinin 72-ci maddəsində deyildiyi kimi, hər bir şəxs dövlət və cəmiyyət qarşısında onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin hər bir vətəndaş Vətənə sədaqətli olmalı, onu müdafiə etməli, dövlət rəmzlərinə, onun atributlarına hörmət etməlidir. Hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır.

İntellektli, yüksək dünyagörüşlü fərd daim öz üzərində işləyərək irəliyə doğru can atır, cəmiyyətə faydalı olmağa çalışır. Azad, hüquqlu insan xalqı, dövləti üçün gərəkli və faydalı işlər görür. Layiqli vətəndaş olaraq ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirən insan xoşbəxtdir.

İnsanlar anadan eyni doğulsa da, həyatda missiyaları fərqli olur. Yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayan insanın həyatda necə yaşaması öz əlindədir. Təbii ki, burada insanın geni, doğulduğu ailə, ətraf mühit, təsir dairəsi böyük rol oynayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir.

Doğulduğu torpaqda yaşamaq hər bir vətəndaşın haqqıdır: Azərbaycan Zəfəri ilə həm də evlərindən didərgin düşən vətəndaşlarımızın hüquqlarını özünə qaytardı

İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Təbii ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşıda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə apardığı silahlı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdu, adi insan hüquqlarından məhrum olan bir milyondan çox soydaşımız evlərindən didərgin salınmış, hüquqları pozulmuşdu. İnsanlarımız illərlə və min bir əziyyətlə tikib qurduqları evlərindən, xoş güzəranlarından məhrum edilmişdilər. Xocalı, Malıbəyli, Qarakənd, Başlıbel faciələri və digər qətliamlar Ermənistanın insan hüquq və azadlıqlarını heçə saymasının bariz nümunəsidir. Uşaqlar, qadınlar qətlə yetirildi, əsir və girov götürüldü. Dünya ictimaiyyəti isə bu faciələri görməzdən gəldi və heç bir münasibət bildirmədi, insan hüquqlarını heçə sayan Ermənistana təzyiq göstərmədi. Amma indi UNESCO, NED, USAID və digər beynəlxalq təşkilatların çox qəribə münasibət sərgiləməsi, ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Məgər, dünyada bütün insanların hüquqları eyni deyilmi?! Bəs insan hüquqları ilə bağlı qəbul edilən konvensiyalar, bəyannamələr hansı işə yarayır? Qarabağdakı lokal antiterror tədbirlərindən sonra öz xoşu ilə ərazini tərk edən ermənilərin taleyi bəzi Qərb dairələrini narahat edir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu barədə cari il noyabrın 30-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfransda bir daha vurğuladı: “Azərbaycan ikili standartlardan və ayrı-seçkilikdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan uzun illər boyu azərbaycanlılara qarşı kəskin nifrət zəminində etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirib. Bu gün dünya ictimaiyyəti Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır”.

Ağrılı məqamlardan biri də mülki vətəndaşların Ermənistanın mina terrorunun qurbanı olmasıdır. Statistikaya nəzər yetirsək, görərik ki, Azərbaycanda 2020-ci ilin noyabrından cari ilin noyabrınadək 337 nəfər mina partlamasından zərər çəkib, onlardan 65 nəfər mülki şəxs həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu dövr ərzində hərbçilərimiz də mina terrorunun qurbanı olublar.

Azərbaycan xalqı və dövləti hüququnu özü bərpa etdi. Azərbaycan Respublikası hazırda öz tarixi günlərini yaşayır. Biz işğala yalnız 30 il dözdük. Kimlərinsə köməyi, dəstəyi ilə torpaqlarımızı işğal edən Ermənistan fərqinə varmırdı ki, bu xəyanətin sonu onun üçün bu qədər ağır olacaq. Azərbaycan dövləti və ordusu ildə “mənəm-mənəm” deyən Ermənistanı 2020-ci ildə diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. 30 ildən sonra 20 faiz torpaqlarını düşməndən geri alan Azərbaycan həm ölkə tarixində, həm də dünya tarixində tarix yazdı, Cənubi Qafqaz regionunda yeni reallıq yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi ilə tarixlər yazmağa davam edən ordumuz Zəfərimizdən 3 il sonra isə bizi illərdir həsrət qaldığımız Xankəndiyə, Xocalıya qovuşdurdu. Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə nəinki ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, həm də uzun müddət evlərindən didərgin salınan vətəndaşlarımızın hüquqlarını özünə qaytardı. Çünki doğulduğu torpaqda yaşamaq hər bir vətəndaşın haqqıdır.

Ulu Öndər Heydər Əliyevin arzuları indi reallığa çevrilib

Ulu Öndər Heydər Əliyevin işğal edilmiş rayonlarımızın gələcək taleyi ilə bağlı vaxtilə dediyi müdrik fikirlər artıq bu gün reallığa çevrilib. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və oradan məcburi köçürülən insanların öz yurd-yuvalarına qayıdacaqlarını deyirdi. Heydər Əliyev qaçqınlar və məcburi köçkünlərlə görüşlərində həmişə onlara torpaqlarımızın işğaldan azad ediləcəyini və soydaşlarımızın öz doğma evlərinə qayıdacaqlarını bildirirdi. İndi həmin vaxt gəlib çatıb. Böyük Qayıdış Konsepsiyası çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun sakinləri öz doğma evlərinə qayıdırlar.

Çətin sınaqlardan çıxan Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Son illərdə ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib. Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün uzun müddət sülhsevər siyasət apardı, qarşı tərəfi regionda sülhün, əmin-amanlığın təmin edilməsinə çağırdı. Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl və məqsədyönlü siyasət yürüdərək, milli əsaslar zəminində dövlətimizin maraqlarını daim müdafiə edərək yüksək siyasi tribunalardan xalqımızın haqq sözünü dünyaya çatdırdı. Dövlətimizin başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclası, eləcə də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşlərində, nəhayət 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında və digər mötəbər tədbirlərdəki çıxışları bunun əyani sübutudur.

Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-dan çox nüfuzlu KİV-nə verdiyi müsahibələrində nümayiş etdirdiyi prinsipial mövqe, tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan tutarlı arqumentləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

Bərabərlik demokratiyanın ən vacib prinsipidir

İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hətta hər hansı səbəbdən cinayət törədərək həbsxanaya düşən insanın da öz hüquqları var. Burada əsas mahiyyət bütün insanların eyni hüquqa malik olmasındadır. Bərabərlik demokratiyanın ən vacib prinsipidir və bütün vətəndaşlar irqindən, milliyyətindən, cinsindən, yaşayış yerindən, cəmiyyətdəki mövqeyindən, dini və siyasi etiqadından asılı olmayaraq qanun qarşısında bərabərdir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunurlar. İnsan hüquqları, ümumiyyətlə, ayrılmaz, təməl hüquqlar kimi "bir insana, sadəcə, insan olduğuna görə sahib olduğu" və "bütün insanlara xas olan" əsas hüquqlar kimi başa düşülür. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bəyannamədə deyilir: “Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”. Azərbaycan insan hüquqlarına sadiqliyini sözdə deyil, əməldə sübut edib. Azərbaycan hər zaman Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xüsusi yanaşması ilə fərqlənib.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsində Ombudsman Aparatının rolu

Demokratik cəmiyyət və ya hüquqi dövlət dedikdə, öncə yada insan hüquq və azadlıqlarının müdafiəsi düşür. İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən prioritet hesab edilən mövzulardan sayılır. Müstəqil və hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və imkanlarının daha da genişləndirilməsi ali məqsəd kimi qarşıya qoyulub.

Yeni əsrin ilk illərindən Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqların təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycanın İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulması prosesi milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğun təkmilləşdirilməsi zərurətini yaradıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu hüquqi dövlət strukturudur və müstəqil insan hüquqlarını qoruyan bir təsisatdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafiəsi sahəsində daha ciddi nailiyyətlər əldə edilməyə başlandı.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən qəbul olunub. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsini 2002-ci il iyulun 2-dən 2019-cu il noyabrın 29-na qədər bu postu Elmira Süleymanova tutub, Hazırda isə ombudsman vəzifəsində Səbinə Əliyevadır. Hər iki ombudsmanın qadın olması Azərbaycanda qadınlara dövlət səviyyəsində diqqət və qayğının, onların ictimai həyatda iştirakçılığının uğurla təmin edilməsi, idarəetməyə cəlb edilməsinin bariz nümunəsidir.

Azərbaycan qadınları dövlətin idarə edilməsində keyfiyyətcə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti, xalqımız, dövlətimiz üçün gördüyü işlər göz qabağındadır.

İnsan hüquq və azadlıqları, demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilən ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. Ümummilli Lider vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması, təbii ki, Ümummilli Liderin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırıldı. Senzura ləğv edildi. 1998-ci il avqustun 6-da Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.

Ulu Öndərin bizə miras qoyduğu hüquqi, dünyəvi və demokratik Azərbaycan dövlətinin daha da gücləndirilməsi, həmçinin insan hüquqlarının qorunması istiqamətində siyasət onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu prosesdə bir vətəndaş kimi bizim də üzərimizə məsuliyyət düşür. Ölkəmizdə həssas qrupdan olan, 30 il işğaldan əziyyət çəkən keçmiş məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların pozulmuş hüquqlarının bərpası uğrunda mübarizəmiz davam edir. Birinci Qarabağ müharibəsində itkin sayılan 4 minə yaxın insanın, həmçinin 44 günlük Vətən müharibəsindən sonra mina terrorundan əziyyət çəkən vətəndaşlarımızın hüquqları ilə bağlı haqq səsimiz dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Biz ədaləti tələb edirik. Torpaqlarımız azadlığa qovuşub, haqqı tapdanan, işgəncələrə məruz qalan insanlarımızın da taleyi ilə bağlı haqq səsimizin eşidiləcəyinə və haqqın, ədalətin bərpa olunacağına inanırıq.

Uşaq hüquqlarının qorunması istiqamətində müdafiə mexanizmi təkmilləşdirilir

Ölkəmizdə gələcəyimiz olan uşaqların hüquqları da yüksək səviyyədə qorunur, onlar diqqət və qayğı ilə əhatə olunurlar. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir. Ölkəmizdə uşaqların hüquqlarının qorunması və müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AZƏRTAC-a müsahibəsində komitə tərəfindən uşaq müdafiə sistemi ilə bağlı təkliflər verildiyini və bu prosesin icrada olduğunu bildirib. Komitə sədri uşaqların hüquqları ilə bağlı yeni qanun üzərində işlənildiyini də diqqətə çatdırıb. Bildirib ki, dövlət komitəsinin məqsədlərindən biri də uşaq hüquqlarının qorunması istiqamətində müdafiə mexanizminin təkmilləşdirilməsidir.

Dövlət uşaq siyasətinin başlıca prinsiplərini, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər müvafiq beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alan Ombudsman Aparatı da uşaq hüquqlarının qorunmasını diqqətdə saxlayır. Aparatda Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılması da bunu təsdiqləyir. Məqsəd müvafiq sahədə fəaliyyətin və idarəetmənin təkmilləşdirilməsindən ibarətdir.Uşaq hüquqlarının müdafiə sektoru uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi ilə bağlı müraciətlərin operativ qaydada həllinə, uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, habelə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi şübhəsizdir.

Azərbaycanda islahatlar vətəndaşların hüquqlarının müdafiəsinə yönəldilib

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu sürətlə yeniləşən dünyanın tələblərinə cavab verir. Dövlətin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir.

Ölkəmizdə həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradır. Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-dən Avropa Şurasının üzvüdür. Milli Məclisin nümayəndələri ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak edir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini təbliğ edirlər, haqqı tapdanan vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində haqq səsimizi dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

Dövlətimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyənləşdirib. 2016-cı ildə yenilənən konstitusiyamızın üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib. Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstisnasız olaraq, hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.

Xalqımız bu il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 28-ci illiyini qeyd etdi. Yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə idi. Əsas Qanunun qəbul edilməsi, eyni zamanda, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Bu mərhələ isə ilk növbədə, dövlət siyasətinin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının dayanması ilə səciyyələnir. Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaradıb. Müxtəlif illərdə (2002, 2009, 2016) referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəldilib.

Hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur

Çağdaş müasir dünyada insan hüquqlarının qorunması humanitarlaşma siyasətində əsas yeri tutur. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin Sərəncamın imzalanmasından artıq 16 il keçir.

Bu il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 75 ili tamam olur. Yuxarıda qeyd etdiyimiz kimi, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-da bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur. Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda, real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

Hər il ölkəmizdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü yüksək səviyyədə qeyd edilir. Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması və müdafiəsi təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir.

Dövlət və vətəndaş həmrəyliyinin mövcud olduğu Azərbaycanda multikulturalizm, insan haqlarının qorunması dövlətin ən çox diqqət ayırdığı istiqamətlərdən və əsas prinsiplərdəndir. Ombudsman təsisatının yaradılması da Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarının qorunması məsələsinə olan diqqətinin bariz nümunəsidir. Sülh və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ombudsmanların böyük rolu var.

Ombudsman fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə və tədris müəssisələri ilə əməkdaşlığa böyük diqqət yetirib. Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, müxtəlif dövlət qurumları və məhkəmələrlə əməkdaşlığı, onun təşəbbüsləri və təklifləri nəzərə alınmaqla milli qanunvericilikdə həyata keçirilən islahatlar bunu təsdiq edir.

Azərbaycanda həssas kateqoriyadan olan 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir. Sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir.

Təsadüfi deyil ki, son 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artırılıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb, xalis minimum əməkhaqqının xalis orta əməkhaqqına nisbəti də 2003-cü ildəki 12 faizdən artaraq 41 faizə çatıb. Ünvanlı yardımın orta məbləği isə 11 dəfə artırılıb.

Ötən 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu müddətdə şəhid ailələri və müharibə əlillərinin təqaüdü 6 dəfə artırılıb, şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib. 

Yazı Ombudsman Aparatının Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar - hamı üçün!” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.

 

Səadət Hakıyeva

AZƏRTAC-ın aparıcı müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib