İNTERTOTO KUBOKUNUN PÜŞKÜ ATILACAQ
AZƏRTAC xəbər verir ki, aprelin 11-də UEFA-nın iqamətgahında İntertoto kubokunun püşkü atılacaqdır. Bu ildən ciddi dəyişikliyə məruz qalan turnirin reqlamentinə əsasən, üç mərhələdən ibarət olacaq yarışda hər ölkə yalnız bir komanda ilə çıxış edə bilər. Azərbaycanı təmsil edəcək klub turnirə iyunun 17-18-i və 24-25-də keçiriləcək birinci mərhələdən qatılacaqdır. Avropanın 26 klubunun yarışacağı ilk mərhələnin 13 qalibi, ikinci mərhələyə artıq vəsiqə qazanmış 15 komandaya qoşulacaqdır. Bu mərhələni keçmiş 14 klub üçüncü mərhələdə reytinqi yüksək olan daha 8 komanda ilə birlikdə yarışacaqdır. Nəhayət, üçüncü mərhələnin 11 ən güclüsü UEFA kubokuna vəsiqə qazanacaqdır.
Xatırladaq ki, ötən il bu turnirdə iştirak etmiş “Karvan” Polşanın “Lex” klubuna məğlub olaraq, növbəti mərhələyə keçə bilməmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]