Azərbaycan Dövlət İnformasiya Agentliyi

İpoteka kreditləri kimlərə verilə bilər?

Bakı, 30 may (AZƏRTAC). Ölkəmizdə ipoteka kreditinin geniş yayılmasına baxmayaraq, hələ də bu imkandan lazımi səviyyədə yararlana bilməyən vətəndaşlarımız kifayət qədərdir. Məsələ burasındadır ki, əksər vətəndaşlar ipoteka kreditinin şərtləri, onun üstünlükləri və məsuliyyəti barədə məlumatlardan xəbərsizdirlər.

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Cavid Alıyev bildirmişdir ki, ipoteka kreditlərinin iki növü fərqləndirilməlidir. Onlardan biri ümumi ipoteka krediti, digəri isə güzəştli ipoteka kreditidir. Güzəştli ipoteka əsasən aşağı faizlə (4 faiz) müəyyən kateqoriya (şəhid ailələrinin üzvlərinə, dövlət qulluqçularına, elmi dərəcəsi olanlara və s.) şəxslərə verilir. Burada “gənc ailə” dedikdə, yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə başa düşülməlidir.

Onun sözlərinə görə, Azərbaycanda ipoteka kreditləşməsindən istifadə edən əhalinin əksəriyyəti bu krediti ümumi qaydalar əsasında alırlar və onlara 25 il müddətinədək illik 8 faiz olmaqla 50.000 manata qədər ipoteka krediti verilir.

C.Alıyev demişdir ki, qaydalara əsasən, şəxsə ipoteka krediti verilərkən onun aylıq maaşının məbləği mühüm əhəmiyyət kəsb edir. Kredit üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq gəlirinin 70 faizdən çox olduqda, ipoteka kreditinin verilməsindən imtina olunur. İpoteka kreditinin verilməsi şərtlərinə əsasən, kredit Azərbaycan vətəndaşlarına, yalnız mənzil və ya fərdi yaşayış evinin alınması üçün, pensiya yaşına çatmamış, əmək müqaviləsi ilə işləyən və stabil maaşı olan şəxslərə verilir.

Hüquqşünas ipoteka kreditləri almaq üçün minimal əmək haqqına tələblə bağlı qaydalarda dəqiq göstəriş olmadığını demişdir. Bildirmişdir ki, kredit alan şəxslər aldıqları evin qiymətlərindən asılı olaraq müxtəlif məbləğlərdə aylıq kredit borcu ödəyirlər. Ona görə də həmin şəxslərə münasibətdə aylıq maaşları ilə bağlı minimum tələblər müxtəlifdir.

Kreditin alınmasında yaş məhdudiyyəti ilə bağlı məsələyə toxunan hüquqşünas bildirmişdir ki, qaydalara əsasən, kreditin son ödəniş tarixinə kredit götürənin yaşı pensiya yaşı həddindən çox olmamalıdır. Burada söhbət 64 yaşına çatmış kişilər və 59 yaşına çatmış qadınlardan gedir. Bunu əyani bir misalla göstərək. Əgər ipoteka krediti götürən qadın 40 yaşında 20 illik müddətə kredit götürmək istəyirsə və nəzərə alsaq ki, 20 illik dövr qadının 60 yaşında tamam olacaqsa, həmin qadına kreditin verilməsindən imtina olunacaqdır.

C.Alıyev vurğulamışdır ki, mülkiyyətində yaşayış sahəsi olan şəxsin ipoteka krediti ala bilməsi ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”nın 3.1-ci bəndində ipoteka kreditinin cavab verməli olduğu tələblər sadalanmışdır. Həmin tələblər sırasında mülkiyyətində yaşayış sahəsi olan şəxslərə ipoteka kreditinin verilməsindən imtina edilməli olmasına dair hər hansı göstəriş nəzərdə tutulmamışdır. Onun sözlərinə görə, alınacaq mənzilin harada yerləşməsi ilə bağlı qanunda məcburi göstəriş yoxdur.

Hüquqşünasın qənaətinə görə, ipoteka krediti vermək bankın hüququdur və minimum tələblərə cavab verən istənilən şəxsə ölkə daxilindəki mənzillə bağlı kredit verə bilər. Məsələn, əgər bank müəyyənləşdirsə ki, ucqar bir rayonda mənzillə bağlı ipoteka krediti vermək onun maliyyə vəziyyəti ilə uyğun gəlmir və ya bankın həmin bölgədə filialı yoxdursa, bundan imtina oluna bilər. Ümumiyyətlə, burada müxtəlif amillər sadalana bilər. Lakin bununla belə, qaydalara əsasən, kredit üçün müraciət etmiş şəxslə bağlı zəruri sənədlər Azərbaycan İpoteka Fonduna (AİF) göndərilməlidir. AİF verilmiş ipoteka kreditlərinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil banka yazılı qaydada razılığını və ya imtina etdiyini 10 iş günü ərzində bildirir. Dolayısilə kreditin verilməsi ilə bağlı son sözü AİF deyir və bu qurumun kreditin ayrılması ilə bağlı öz cavabını əsaslandırma öhdəliyi yoxdur.

İlkin ödənişlə bağlı məsələyə toxunan C.Alıyev qeyd etmişdir ki, qaydalara görə ilkin ödəniş - borcalanın (birgə borcalanın) yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. İlkin ödəniş ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyəri ilə ipoteka kreditinin həcmi arasında olan fərqə bərabərdir. Yəni borcalan aldığı yaşayış sahəsinin qiymətinin ipoteka krediti hesabına ödənilməyən hissəsini öz şəxsi vəsaiti hesabına ödəməlidir. Burada söhbət ipoteka kreditinin geri qaytarılması ilə bağlı ilkin ödənişdən getmir.

Hüquqşünasın sözlərinə görə, “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.

Həmçinin Mülki Məcəllədə qeyd olunur ki, miras əmlaka miras qoyanın vəfat etdiyi məqamadək malik olduğu əmlak hüquqları ilə bərabər vəzifələri də daxildir. Həmin Məcəllənin digər tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bir sözlə, ipoteka krediti götürmüş şəxs vəfat etdikdə, onun borclarına görə vərəsəsi və ya vərəsələri (paylarına uyğun olan hissədə) məsuliyyət daşıyırlar.

İpoteka krediti ev tikdirmək istəyənlərə də verilə bilər. “İpoteka haqqında” Qanunda birmənalı şəkildə qeyd olunmuşdur ki, yaşayış evinin tikintisi üçün kredit verilərkən ipoteka müqaviləsində öhdəliyin başa çatdırılmamış tikinti ilə təmin olunması nəzərdə tutula bilər.

İpoteka krediti ilə alınmış mənzilin satılmasının mümkünlüyünə toxunan hüquqşünas bildirmişdir ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, şəxs ipoteka ilə yüklü edilmiş yaşayış evini və ya mənzilini yalnız ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Almaniyada gənclərin etiraz aksiyalarında on minlərlə insan iştirak edib

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var