İqtisadiyyat naziri: Altı ayda aktiv vergiödəyicilərinin sayı artıb
Bakı, 5 avqust, AZƏRTAC
Ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, 2021-ci ilin 6 ayında aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 640 min 401, ƏDV ödəyicilərinin sayı 8,9 faiz artaraq 31 min 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8 faiz artaraq 176 min 794 nəfər təşkil edib.