İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 24 fevral, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağcabədi şəhərində Zərdab və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, əmlak məsələləri, istehsal və emal müəssisələrinin genişləndirilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ünvanlayıblar.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.