İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının ingilis dili versiyası istifadəyə verilib
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 5-dən “Telegram” platformasında İqtisadiyyat Nazirliyinin kanalının ingilis dili versiyası istifadəyə verilib - “Economy of Azerbaijan” (https://t.me/economy_azen).
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyinin “Telegram” platformasında “Azərbaycan iqtisadiyyatı” (https://t.me/economy_az) və “Экономика Азербайджана” kanalları fəaliyyət göstərir. Azərbaycan və rus dillərində yayımlanan kanallarda olduğu kimi, burada da Nazirliyin fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, həmçinin region və dünya iqtisadiyyatını əhatə edən mövzular işıqlandırılacaq. İqtisadiyyat Nazirliyinin kanallarına abunə üçün mobil telefonlarda və ya kompüterlərdə “Telegram” tətbiqindən və ya veb-versiyadan istifadə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]