İQTİSADİYYATA QOYULAN KREDİTLƏRİN MƏBLƏĞİ ARTMIŞDIR
AZƏRTAC Milli Bankın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu il iyulun 1-dək Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 6.166,5 milyon manat təşkil etmişdir. Bunun 1.848,5 milyon manatı qısamüddətli, 4.318 milyon manatı isə uzunmüddətlidir.
Dövlət bankları tərəfindən iqtisadiyyata 2.753,3 milyon, özəl banklar tərəfindən 3.272 milyon, qeyri-bank kredit təşkilatları tərəfindən isə 141,1 milyon manat kredit qoyulmuşdur.
Kreditlərin 53,2 faizi manatla, 46,8 faizi isə xarici valyuta ilə verilmişdir.