İrakli Kadaqişvili: Parlament seçkiləri Azərbaycan xalqını bir daha birləşdirdi
Bakı, 1 sentyabr, AZƏRTAC
Nümayəndə heyətimiz səhər saatlarından 8 seçki məntəqəsində olub. Deyə bilərik ki, seçkilər sakit, mütəşəkkil şəraitdə keçirilir. Prosesdə heç bir ciddi pozuntu müşahidə etmədik. Seçkilər həmişə olduğu kimi davam edir və ümidvarıq ki, günün sonunadək səs vermək istəyən hər kəs bu imkandan istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin üzvü, beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri İrakli Kadaqişvili məlumat verib.
“Əlbəttə, bu, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycanın həyatında baş verən mühüm mərhələdir, çünki seçkilər ölkənin bütün suveren ərazisində keçirilir. Prezident seçkiləri kimi, parlament seçkiləri də Azərbaycan xalqını bir daha birləşdirdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]