İran azərbaycanlı investorlar üçün cəlbedici bazardır
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycanlı investorlar Azərbaycan-İran qarşılıqlı münasibətlərinin bütün sahələrdə daha da inkişaf etməsi üçün bu ölkəyə sərmayə qoymağa maraq göstərirlər.
Bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov “Tasnim” xəbər agentliyinə müsahibəsində söyləmişdir.
İranın Ərdəbil vilayətinə səfərində C. Axundov bölgənin turizm imkanlarının, mədən ərazilərinə, iqtisadi və sənaye potensialına malik olmasının azərbaycanlı iş adamları üçün cəlbedici investisiya bazarı ola biləcəyini vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərini xatırladan səfir, bu səfərin iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdığını bildirmişdir.
Azərbaycanlı diplomat səfər zamanı Ərdəbil vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri ilə görüşmüş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.
Diqqətə çatdırılmışdır ki, İran ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə faydalı əməkdaşlıq mövcuddur.
Bildirilmişdir ki, qeyri-neft sektorunda iki ölkə arasındakı ticarətin həcmi 500 milyon ABŞ dolları təşkil edir və özəl sektorda da ticarət əlaqələri sürətlə inkişaf edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]