İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MAHMUD ƏHMƏDİNEJADA
Hörmətli cənab Prezident,
Milli bayramınız - İslam inqilabı günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə İran arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanan dostluq və mehriban qonşuluq ənənələrinə malikdir. Əminəm ki, belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 fevral 2010-cu il.