Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRAN RƏSSAMI VƏDUD MÜƏZZİNİN FƏRDİ SƏRGİSİNİN AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Hörmətli qonağımız Vədud Müəzzin!

Hörmətli xanımlar və cənablar!

Bu gün bizim ictimai-mədəni həyatımızda böyük bir hadisə baş verir. İran İslam Respublikasının rəssamı bizim üçün açılır. Bu mərasim, sərginin açılışıdır. Amma bu sərgi İran rəssamı, Təbriz rəssamı, Ərdəbil rəssamı, Tehran rəssamı Vədudu Azərbaycan ictimaiyyəti üçün açır. Azərbaycan incəsənət xadimləri üçün, Azərbaycan üçün açır. Bu, böyük hadisədir.

Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar. Onların bəziləri həyatdan gediblər, bəziləri isə bu gün də yaradıcılıq işi ilə məşğuldurlar. Biz bununla həmişə fəxr etmişik. Mən bu rəssamların hamısının adlarını çəkə bilərdim. Amma bu, çox vaxt aparardı. Çünki təkcə son dəfə Azərbaycan rəssamlarına fəxri ad verərkən, Fərmanı imzalayarkən baxıb gördüm ki, başqa sahədə mən bu qədər adama fəxri ad verməmişəm. Bunlar fəxri ad almayanlar idi. Amma fəxri ad alanlar nə qədərdir. Ona görə mən bilirəm - Azərbaycan rəssamları bu dövrdə, yəni müstəqillik əldə etdiyimiz gündən başlayaraq, həyatımızda böyük dəyişikliklər, çətinliklər, problemlər olmasına baxmayaraq, daim işləyiblər, öz sərgilərində əsərlərini göstəriblər. Bilirəm ki, Azərbaycan rəssamlarının çox əsərlərini burada alırlar, - həm bizim yerli insanlar, həm də turistlər və yaxud başqa, müxtəlif səbəblərə görə Avropadan Azərbaycana gələn insanlar alırlar. Əgər Avropadan gələnlər Azərbaycan rəssamlarının əsərlərini alırlarsa, bunun özü böyük bir hadisədir, çünki Avropa, təbiidir ki, öz klassik üslubunda yaşayıbdır və indi də yaşayır. Bu, bizim böyük nailiyyətimizdir. Mən görürəm, Tahir Salahov orada durubdur. O, Azərbaycanın ən istedadlı və böyük rəssamlarından biridir. Neçə illərdir Moskvada - keçmişdə SSRİ, indi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir, oradakı bütün tərkiblərə daxildir və rəhbər vəzifələrdədir. Bunların hamısı bizim mədəni sərvətimizdir, xalqımızın sərvətidir. Mən bu gün bu barədə öz fikrimi bir daha bildirmək istədim və arzu edirəm ki, bizim Azərbaycan rəssamları bundan sonra da yeni mühitə uyğunlaşaraq, ancaq Azərbaycan rəssamlıq məktəbinin xüsusiyyətlərini unutmayaraq, yeni-yeni əsərlər yaratsınlar.

Bilirsiniz, hər rəssam gərək yaratdığı əsərlərin səviyyəsini qaldırsın. Amma eyni zamanda da, gərək heç vaxt yaratdığı əsər onun xalqından, onun torpağından, vətənindən təcrid olunmuş kimi görünməsin. Güman edirəm ki, bizim Rəssamlar İttifaqı, rəssamlarımız bu yolla gedəcəklər.

Ancaq bugünkü hadisə, yenə də deyirəm, çox əlamətdar bir hadisədir. Onu bilirdim ki, İranda, ümumiyyətlə, keçmişdən, əlbəttə, böyük rəssamlıq məktəbi olubdur. Sultan Məhəmmədin əsərləri, onun miniatür sənəti 500 il bundan öncə bizim Azərbaycanın bu sənət sahəsindəki nailiyyətlərini göstərir. Sultan Məhəmməd bunun əsasını qoyubdur. Amma ondan sonra da İranda və Azərbaycanda o üslubda çox gözəl əsərlər yaranıbdır. Çox gözəl əsərlər... Məsələn, indi bizim müxtəlif təşkilatlar jurnallar, kitablar nəşr edirlər. Onların içərisində miniatür əsərlərin foto surətlərini dərc edəndə, o kitablar, jurnallar daha da çox dəyər kəsb edir. Çünki o əsərlər çox orijinaldır. Miniatür sənəti çox orijinal sənətdir.

Vaxtilə, gərək ki, 1981-ci ildə biz burada SSRİ Rəssamlıq Akademiyasının böyük bir iclasını keçirdik. Buraya ən böyük rəssamlar gəlmişdilər. Onda biz nə ilə fəxr etdik? Bəli, Avropanın qədimdən özünəməxsus üslubda məktəbləri var - Rafael, Mikelancelo, Tisian, Rubens və başqaları. Eləcə də rus rəssamları. Ancaq onunla fəxr etdik ki, bizim də miniatür məktəbimiz var - Sultan Məhəmmədin yaratdığı miniatür məktəbi. Burada onu çox böyük həvəslə qarşıladılar.

Məndə belə bir təsəvvür vardı ki, İranda ancaq miniatür sənəti mövcuddur. Amma bu cür rəngkarlıq əsərlərinin olduğunu mən bilmirdim. İranda xalçalar toxuyurlar. 1996-cı ildə Tehrana getmişdik, İslam Təşkilatı Konfransının iclası keçirilən salonda Xomeyninin xalçada toxunmuş portreti asılmışdı. Mən o xalçanın yanına, ola bilər ki, on beş dəfə getdim. Birincisi, Xomeynini görmək istəyirdim, ikincisi də, xalçada toxunmuş o portret miniatür əsəri deyildi. O, məni heyran etdi. Bilmirəm, sən orada idin, yoxsa yox. Mən səfiri çağırıb göstərdim, dedim ki, bax, xalça üzərində belə əsərlər yaratmaq lazımdır. Həqiqətən, çox yüksək səviyyədə yaradılmış bir əsər idi. Mən düşünürdüm ki, bu, ancaq xalçada yaradılıbdır. Bilmirdim ki, İranda, İran Azərbaycanında belə əsərlər var, Azərbaycan oğlu, İran oğlu, gözəl bir oğlan belə əsərlər yarada bilibdir. Təbiidir, bu, onun fitri istedadı olduğunu göstərir. Mən belə başa düşdüm ki, bunun belə böyük bir müəllimi olmayıbdır. Bəli, bizdə rəssamlıq texnikumu olub, indi Rəssamlıq Akademiyası var. Adətən, orada rəssamlar necə çəkməyi, nə cür etməyi öyrədirlər. Bu kişinin heç bir şeyi, müəllimi olmayıbdır. Amma onun müəllimi fitri istedadı ilə bərabər, bu işə həvəsi, istəyidir.

Mən çox sərgilərə baxmışam. Hər sərginin öz yeri var. Heç birini digəri ilə müqayisə edib demək istəmirəm ki, bu yaxşıdır, o yaxşıdır. Yox. Amma bugünkü sərgi məndə çox böyük təəssürat oyatdı. Bu əsərlərin hər biri bizim dostumuzun, gənc rəssamın nə qədər böyük istedada malik olduğunu göstərir. Eyni zamanda, nə qədər fədakar insan olduğunu sübut edir.

Orada kiçik bir əsər var. Şubert haqqında bu cür əsəri kiçik bir yerdə elə yaradıb ki, adam məəttəl qalır ki, bunu necə yaratmaq olar.

Mən çox sevinirəm, çox şadam. Bilirsiniz ki, belə sərgilərə gəlməyə mənim çox vaxtım yoxdur. Ancaq mənə xəbər vermişdilər ki, sən gələcəksən və burada sənin sərgin açılır. Dünən də mənə sərgidə nümayiş etdiriləcək işlər barədə bir az məlumat verdilər. Baxmayaraq ki, bu gün mənim işim həddən çoxdur, amma bu sərgiyə gəldim. Hər bir əsərə diqqətlə baxdım. Heç bir əsərin yanından keçmədim. Bəzən olur, sərgiyə gedirsən əsərlərin birinə, ikisinə baxırsan, hiss edirsən ki, ümumi təsəvvür var. Amma burada təkcə ümumi təsəvvür məsələsi deyildir. Onsuz da bir neçə əsərə baxandan sonra artıq məndə təsəvvür yarandı. Burada mən hər bir əsərə baxmaq istəyirəm. Onun incəliyini, təbiiliyini görmək istəyirəm. Ona görə də xeyli vaxtdır ki, mən buradayam. Amma mən buna vaxt itirdiyimə görə şadam. Şadam ki, bu sərgini gördüm.

Demək, Azərbaycan xalqı, - indi müstəqil Azərbaycanda da, İranda da,- bütün İran xalqı yüksək istedada malikdir. İndi biz bölüşdürə bilmirik ki, Şəhriyar kimindir. Təbiidir ki, Azərbaycanındır. Eyni zamanda, o, İranındır. Xətai kimindir? O, İranın və Azərbaycanındır. Belələrini çox saymaq olar.

Vədud da İran vətəndaşıdır, rəssamıdır, amma azərbaycanlıdır. Demək, İranda çox millətlər var, azərbaycanlılar da var. Azərbaycanlılar öz istedadını bu cür nümayiş etdirən, Şərq aləminə indiyə qədər uyğun olmayan Avropa üslubunda belə əsərlər yaradan rəssam yetişdiribdir.

Əziz dostum, mən səni təbrik edirəm. Mən sənin əsərlərindən çox böyük həzz aldım. Güman edirəm, burada sərgiyə gəlib maraq göstərənlər, baxanlar çox olacaqdır. Sən gəncsən. Neçə yaşın var?

VƏDUD MÜƏZZİN: 41 yaşım var.

HEYDƏR ƏLİYEV: 41 yaş... Ən gözəl yaşdır. Çünki mən bu yaşların hamısını keçmişəm. Bu, ən gözəl yaşdır. Ona görə vaxtı itirmə, işini davam etdir. Yaxşı oxuyursan, səsin yaxşıdır. “Segah” da mənə ləzzət verdi. O da pis deyildir. Hərdən bir oxu ki, ilham alasan. Amma vaxtının çoxunu bu işə sərf et. Çünki bu, oxumaqdan daha da vacibdir. Oxuyanlar çoxdur. O tərəfdə də, bu tərəfdə də, o tayda da, bu tayda da çoxdur. Amma belə əsərlər yaradanlar o qədər də çox deyildir. Xüsusən, İranda. Elədirmi? Cənab səfir düz deyirəm.

ƏHƏD QƏZAİ/İranın Bakıdakı səfiri/: Bəli.

HEYDƏR ƏLİYEV: Səni təbrik edirəm, cansağlığı arzu edirəm.

Mənim haqqımda əsər yaratdığına görə də təşəkkür edirəm və demək istəyirəm ki, çox dəyərli bir əsərdir. Yəni rəssamlıq ustalığı nöqteyi-nəzərindən dəyərlidir. Sənə təşəkkür edirəm.

Sağ olun.

(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir