İranın “beton kralı” edam edilib
Tehran, 22 dekabr, AZƏRTAC
İranın Ali məhkəməsi Həmidrza Bağeri Dərmani adlı iş adamını ölüm hökmünə məhkum edib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İranda “beton kralı” kimi tanınan iş adamı tikinti sektorunda fəaliyyət göstərirdi. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, H.B.Dərmani İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalardan sui-istifadə edərək tikinti materiallarının, o cümlədən betonun qiymətini əsassız şəkildə artırmışdı. Bununla yanaşı, o, cinayətkar dəstə quraraq tikinti bazarında süni qıtlıq yaradırdı ki, qiymətlərin artmasına nail olsun. İqtisadi cinayətkarlıqda və ölkə iqtisadiyyatına qarşı təxribatlarda günahlandırılan iş adamı Ali Məhkəmə tərəfindən ölüm hökmünə məruz edilib.
Ali Məhkəmənin qərarından 1 gün sonra edam hökmü icra edilib.
Xatırladaq ki, noyabrda da 2 nəfər qızıl alverçisi bazarda yaratdıqları süni ajiotaja görə edam edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]