İRAQ BÖHRANI MDB ÜÇÜN DƏ POTENSİAL SABİTSİZLİK MƏNBƏYİDİR
Martın 20-21-də Moskvada Kollektiv təhlükəsizlik haqqında müqavilənin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin 6-cı iclası keçirilmişdir. İkigünlük iclas başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin bu quruma daxil olan MDB ölkələrinin nümayəndə heyətlərinin başçılarını və müşahidəçi qismində iştirak edən dövlətlərin nümayəndələrini Kremldə qəbul etmişdir.
AZƏRTAC-ın Moskvadakı xüsusi müxbiri RF Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə V. Putin beynəlxalq terrorizmlə mübarizədə beynəlxalq birliyin həmrəyliyini qorumağın vacibliyini vurğulamışdır. O demişdir ki, bununla əlaqədar beynəlxalq terrorizmlə mübarizə Kollektiv təhlükəsizlik haqqında müqavilənin iştirakçısı olan ölkələr üçün üstün əhəmiyyətə malikdir.
Prezident V.Putin İraqda vəziyyətdən danışaraq bildirmişdir ki, “bu ölkədə böhran məhəlli münaqişə çərçivəsindən kənara çıxmışdır və dünyanın digər regionları üçün, o cümlədən də MDB dövlətləri üçün potensial sabitsizlik mənbəyidir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]