İraqa səfər edən Azərbaycan vətəndaşları vizanı sərhəd-keçid məntəqələrində ala biləcək
Bakı, 9 yanvar AZƏRTAC
Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilərlər.
Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, İraqa səfər edən Azərbaycan vətəndaşları hava limanında viza alıb ölkəyə daxil ola bilərlər.