İraqın dini liderlərindən biri cəbhədəki mövcud vəziyyətlə bağlı bəyanat yayıb
Bakı, 5 oktyabr, AZƏRTAC
İraqın dini liderlərindən biri olan Ayətullah Uzma Seyid Məhəmməd Səid əl-Təbatəbai əl-Həkimi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Hazırda Azərbaycan Respublikasının cənub-qərb hissəsində baş verən xoşagəlməz vəziyyəti böyük narahatlıqla izləyirik və xüsusilə də mülki vətəndaşlar arasında yaranan itkilər və qurbanlara görə dərin kədərimizi ifadə edirik. Baş verənlər böhranın həll olunmasının vacibliyini təsdiq edir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinə, ərazilərin zorla işğalına son qoyulmasına və bütün məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına şərait yaradılmasına çağırırıq. Dünyada və regionda sülhün, əmin-amanlığın və ədalətin bərqərar olunmasını Uca Allahdan diləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]