İRAQLILARA İT QISQIRDAN ƏSGƏR MÜHAKİMƏ OLUNMUŞDUR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, Əbu-Qüreyb həbsxanasında iraqlı məhkumlara xidməti it qısqırdan Amerika əsgəri, 24 yaşlı serjant Maykl Smit hərbi tribunal tərəfindən 6 ay müddətinə həbs cəzası almış, rütbəcə kiçildilmiş, 3 ay müddətində ödəmək şərti ilə 2250 dollar məbləğində cərimələnmiş, nalayiq davranışına görə ordudan xaric olunmuşdur. Smitin əməllərini fotoşəkillər sübuta yetirmişdir. Burada o, qorxudan tir-tir əsən məhbusların lap yaxınlığında mırıldayan köpəyin xaltasından tutub zorla saxladığı vəziyyətdə təsvir olunmuşdur. Hərbi qulluqçu məhbuslarla pis rəftarda, onlara zor tətbiq etməkdə, əsgəri borcunu yerinə yetirməməkdə və nalayiq davranmaqda təqsirli bilinmişdir. Hakimlərin fikrincə, Smit xidməti iti məhbuslara həzz almaq üçün qısqırdırmış.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]